Azərbaycan WING-CHUN - KUNG-FU döyüş sənəti FEDERASIYASI

 
Azərbaycan Vin Çun Döyüş Sənəti Ustalarının çıxışı. Lider Tv-də  Yeni


14/11/2016


05/01/2016 27/01/2016 27/01/2016


Asif Sayadov: "Bu döyüş sənətini Azərbaycana mən gətirmişəm" - Müsahibə  Yeni


Çinin dünyada döyüş sənətlərinin beşiyi hesab olunması təsadüfi deyil. 400-dən çox kunq-fu stili, tarixi əsrlərə gedib çıxan döyüş texnikaları, fiziki və mənəvi təkmilləşməyə yönəldən məşq metodları bu ölkənin tarixi irsinin mühüm parçasıdır. Bu baxımdan Azərbaycanda son illər populyarlıq qazanmaqda olan Vinq Çun döyüş sənətini xüsusi qeyd etmək olar. Dünyaya Brüs Li, İp Man kimi ustalar bəxş edən Vinq Çunu Azərbaycana Asif Sayadov gətirib. Kunq- fu və Sanda üzrə 3 qat dünya çempionu "Goal.az" saytına sözügedən döyüş növü, şəxsi fəaliyyəti və həyatı barədə maraqlı müsahibə verdi.
Ətraflı




Wing-Chun   -   yaxın döyüş sistemi deməkdir.

Qədim Çin döyüş sənətinin ən real və praktik sistemi sayılan Ving-Çun 1700-1820-ci illərdə Çinin Futçzan Əyalətində yaradılmışdır.
Bu döyüş stilinin daha sonralar orjinal formada qorunub saxlanılması və inkişafı 1893-1972-ci illərdə yaşamış qrandmaster Yip-Manın adı ilə bağlıdır.
Yip-Man, Ving-Çun döyüş üslubunu açıq bir şəkildə dünyaya yayan və öyrədən ilk kung-fu ustasıdır.
Yip Manın ən məşhur tələbələrindən biri də Brus-Li idi. Çində çox populyar olan bu stil, daha sonralar 1960-cı illərin sonunda Bryus Li tərəfindən Qərbdə və eləcə də bütün dünyada tanınmağa başladı.
Ölkəmizdə də bu döyüş üslubu gənclər və eləcə də müxtəlif yaş qruplarına aid insanlar tərəfindən çox sevilir. Bu döyüş sənətinin yarandığı məkan sayılan Çində və eləcə də bir çox ölkələrdə seminarlarda və təlim məşqlərində olmuş Azərbaycan Vingçun döyüş sənəti idman klubunun rəhbəri Asif Sayadov tələbələrinə bu döyüş üslubunu məharətlə öyrədir. Bu döyüş sistemi effektiv “Çi” tənəffüsündən, univrsal əl texnikalarından, çevik mövgelərdən və ayaq zərbələrindən istifadə edir – hansı ki, azaddır və tez-tez hərəkət edəndir. Bu döyüş sistemində taxta adam üzərində aparılan məşqlər və sistemin nüvəsi sayılan Çi Sao (yapışqan əllər) texnikası idmançıya mükəmməl ustalıq bəxş edir.

 

 

XƏBƏRLƏR

  • Wing-Chun həvəskarlarının nəzərinə

    6 yaşdan yuxarı oğlan və qızları məşqlərə dəvət edirik. Məşqlər hər gün və axşam saat 18:00 dan 21:00 dək keçirilir.

    Ünvan:     Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığı BBU-nun idman zalı.
    Əlaqə nömrəsi:    +99450 353 17 50
  • "Wing-Chun  -  Kung-Fu" yaranma tarixi

    Qədim Çin döyüş sənətinin məşhur stillərindən biri də Ving-Çundur. Bu stil 1700- 1820-ci illərdə Çinin Futçzan Əyalətində yaşayan Şaolin rahibəsi Ng Mui tərəfindən yaradılmışdır.