Asif Sayadov - Federasiyanın prezidenti.

Şərq döyüş növləri üzrə Respublikanın Əməkdar məşqçisi”, “Ving Çun-Kungfu Döyüş Sənəti İdman Klubu"nun rəhbəri,dünya çempionu.
Asif Sayadov 1977-ci ildə Qax rayonunun İlisu kəndində dünyaya göz açmışdır. 
Orta təhsilini VII sinifə qədər Nizami adına İlisu kənd orta məktəbində və sonrakı illəri Qax rayon Olimpiya İdman məktəbində davam etdirmişdir. 
Məktəbin sərbəst güləş bölməsində təhsil alan Asif Sayadov bacarığına və istedadına görə hər zaman müəllim və məşqçi heyyətinin diqqətini cəlb etmişdir. 
XI sinifi bitirdikdən sonra, ali məktəbə qəbul olunmuş və 1999-cu ildə isə Bakı Biznes Universitetinin iqtisadçı hüquqşünaslıq fakültəsini bitirmişdir. 
Daha sonrakı illərdə, idman sahəsində yüksək bilgilər almaq məqsədi ilə, 2-ci ali məktəbə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunmuşdur.
Hələ uşaq yaşlarından idmanın karate, sambo, sərbəst güləş və kiqboksing növləri ilə məşğul olmuş və tələbəlik illəri dövründən isə kungfu döyüş növü ilə ciddi məşğul olmağa başlamışdır.

Respublikamızda və bir çox ölkələr də bu döyüş sənətinin sirrlərini öyrənməyə müvəffəq olmuşdur Daha sonralar, bu döyüş sənətinin Şaolin-Çuan,Ving Çun, Kungfu-Sanda, Cit-kun do və bir çox sərbəst döyüş növlərini öyrənmək məqsədilə bu qədim döyüş sənətinin yarandığı məkana, Cinə Şaolin məbədinə gedərək ustalıq təcrübəsini daha da artırmışdır. O, bu döyüş sənətində inamla addımlamış və illər keçdikcə öz bacarığını və nəyə qadir olduğunu sübut etmişdir. Dəfələrlə Azərbaycan çempionu olmuş və dünyanın İtaliya, Rusiya, Almaniya, Çexiya, Portuqaliya, Türkiyə, Gürcüstan, Çin, Misir, İran və s. kimi ölkərində Respublikamızın idman şərəfini layiqincə qorumuşdur. 3 dəfə dünya çempionu və 2 dəfə dünya ikincisi olmuşdur. Asif müəllim respublikamızda peşəkar döyüşçü ilə yanaşı həm də bu sahədə təcrübəli mütəxəssis kimi tanınmaqdadır.
Onun tələbələri arasında artıq 15 yetirməsi bir çox beynəlxalq turnirlərin və dünya çempionatlarının qalibləridirlər.
Uşaqlıq illərindən başlayaraq ömrünü idmana həsr etmiş Asif Sayadov bugün də yetirmələri ilə fəxr edir. Bu nailiyyətlərinə görə Asif Sayadov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Kollegiyasının 23 dekabr 2011-ci il tarixli qərarı ilə “Şərq döyüş növləri üzrə Respublikanın Əməkdar məşqçisi” fəxri adına layiq görülmüşdür. Hal-hazırda Asif müəllim Respublikamızda fəaliyyət göstərən “Ving Çun-Kungfu Döyüş Sənəti İdman Klubu”nun rəhbəri, Beynəlxalq İp Man Ving Çun assosiasiyasının Azərbaycan üzrə Şef instruktoru və Bu döyüş sənətinin ölkəmizdəki yaradıcısı, Dünya Döyüş Sənətləri Birliyinin ölkəmizdəki səlahiyyətli nümayəndəsi və tanınmış Böyük Usta Samuel Kvokun şəxsi tələbəsidir. 

Asif Sayadov 2015-ci ildə Almaniyada keçirilən Beynəlxalq seminarda "İlin ustası" titulunu almışdır.Həmçinin 2016-cı il 21-25 iyul tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən Kunq-fu üzrə 5-ci dünya çempionatında 36 yaşdan yuxarı ustalar arasında birinci yerə layiq görülmüşdür. 

Ailəlidir,2 övladı var.

İlqar Mustafayev - Beynəlxalq Əlaqələr üzrə vitse- prezident. İdarə heyətinin üzvü

vitse-prezident

Jalə Əhmədova - İdarəetmə və hüquq məsələləri üzrə vitse-prezident. İdarə heyətinin üzvü

İdarəetmə və hüquq məsələləri üzrə vitse prezident

Ramin Əliyev - Baş Katib. İdarə heyətinin üzvü.

Arzuman Rəsulzadə - İdarə heyətinin üzvü